"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “ərazidə sənədsiz mənzillər ümumi rəqəmin 75 faizini təşkil edir.”

--2021-09-30 / 14:37

Belediyye.infonun ekspress sorğusunu bu dəfə  Sumqayıt şəhər Hacı Zeynəlabdin qəsəbə bələdiyyəsinin sədri əsli QASIMOVA  cavablandırır. Suallarımıza xanım sədrin qısa konkret cavablarını təqdim edirik:

Bələdiyyənizə aid olan xəritə əmlak Məsələləri Dövlət xidməti tərəfindən Sizə təqdim edilibmi? Təqdim edilməyibsə bununla bağlı hansı addım atmısnız? Ümumiyyətlə, bununla bağlı son vəziyyət haqqında nə deyə bilərsiniz?

Hacı Zeynalabdin qəsəbə Bələdiyyəsinə aid olan xəritə əmlak Məsələləri Dövlət Komitəsi xidməti tərəfindən təqdim edilib.

-Ötən illə müqayisədə cari ildə büdcə gəlirləri barədə nə deyə bilərsiniz? Bu iki maliyyə ilinin müqayisəli təhlili aparılıbmı?

Pandemiya ilə əlaqədar vergi ödəmələrində problemlər yaşanıb. 6 aylıq təhlil aparılıb.

ən çox artım və ən çox azalma hansı maliyyə istiqamətində olub?

Bütün istiqamətlərdə azalma olub.

-ən yüksək borcu olan vergi ödyiciləriylə bağlı hansı addım atırsınız?

Pandemiya ilə əlaqədar müvəqqəti olaraq saxlanılıb.

-DSMF-yə və digər qurumlara borcunuz yoxdur ki, əgər varsa nə qədərdir?

Heç bir dövlət qurumuna borcumuz yoxdur.

ərazidə nə qədər vergi ödəyiciniz var? Vergi uçotu necə qurulub?

ərazidə 5115 vergi ödəyicisi var. Vergi uçotu müasir standartlara uyğun qurulub

-ərazidə sənədsiz mənzillər ümumi rəqəmin neçə faizini təşkil edir?

ərazidə sənədsiz mənziller ümumi rəqəmin 75 faizini təşkil edir.

Bələdiyyə sədri kimi bələdiyyələrin qarşılaşdığı hansı problemin ilk olaraq həll edilməsini istərdiniz?

əmlak məsələləri üzrə Dövlət komitəsi tərəfindən sənədləşmə işlərinin vaxtı vaxtında aparılmasina maneəçilik yaradilir.

Belediyye.info

ŞƏRHLƏR